Qırğızıstan prezidenti Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək

Qırğızıstan prezidenti Sadır Japarov mayın 8-9-da Moskvaya səfər edəcək...

Poliqon xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Mayın 8-də Japarov Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammitində, mayın 9-da isə Moskvada Qələbə Paradında iştirak edəcək.

Mətbuat xidmətinin məlumatına görə, Ali Avrasiya İqtisadi Şurasının iclasında dövlət başçıları 2025-ci ilə qədər Avrasiya iqtisadi inteqrasiyasının inkişafı, eləcə də Avrasiya İqtisadi İttifaqının beynəlxalq fəaliyyətinin əsas istiqamətlərinin həyata keçirilməsi ilə bağlı məruzələri dinləyəcəklər. Həmçinin, bir sıra sənədlərin, o cümlədən Aİİ və Vyetnam arasında elektron məlumat mübadiləsinə dair protokolun qəbul edilməsi planlaşdırılır.

Poliqon.info