İsrail BMT-nin Qəzzadakı obyüktlərini vurub...

İsrail HƏMAS-ın orada yerləşdirini əsas gətirərək UNRWA-nın obyektlərinə hücum edib...

İsrail Müdafiə Qüvvələri Qəzzanın mərkəzində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdəki obyektləri kompleksinə hücum edib.

Poliqon xəbər verir ki, İisrailin iddialarına görə bura Fələstin HƏMAS hərəkatının komanda və idarəetmə mərkəzi UNRWA-nın obyektlərində yerləşir. Qeyd olunur ki, UNRWA binaları qaçqınlara sığınacaq vermək üçün istifadə olunur.

Qeyd edək ki, UNRWA Yaxın Şərqdə çalışan BMT agentliyidir və 30 mindən çox işçisi var. Onların böyük əksəriyyəti fələstinlilərdir. Təşkilat Qəzza zolağı, İordan çayının qərb sahili, Suriya və Livandakı fələstinli qaçqınlara, o cümlədən onlara təhsil və sosial xidmətlər göstərməklə kömək edir.

İsrail UNRWA-nın işini tənqid edərək, agentliyin işçilərini 2023-cü ilin oktyabrında HƏMAS hücumunda əli olmaqda ittiham edib. İsrail BMT agentliyinin ləğvinin tərəfdarıdır.

Poliqon.info