Türkiyənin İsrailə qarşı iqtisadi blokadası nə qədər davam edəcək?

Türkiyə Qəzzada atəşi dayandırana qədər İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək...

Türkiyə Qəzza zolağında atəşi dayandırana və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasını təmin edənə qədər İsrailə qarşı ticarət sanksiyaları ilə bağlı qərara əməl edəcək.

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat Nazir Türkiyə İxracatçılar Məclisinin iclasında deyib. İclas TRT Haber telekanalının efirində yayımlanıb.

“Türkiyə Qəzzada dərhal atəşkəs elan edənə və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasını təmin edənə qədər İsraillə ticarəti dayandırmaq barədə mayın 2-də qəbul edilmiş qərara əməl edəcək”, deyə nazir çıxışında vurğulayib.

Poliqon.info