Türkiyə C-400-ü heç bir ölkəyə təhvil verməyəcək

Türkiyənin Rusiyadan aldığı C-400 hava hücumundan müdafiə sistemini heç bir ölkəyə ötürmək niyyəti yoxdur...

Poliqon xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​CNN Türk telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, Türkiyənin hava məkanının qorunması məqsədilə radioelektron müharibə üçün xüsusi təyinatlı təyyarələrin istehsalı üzrə "Hava Soj" layihəsi tezliklə həyata keçiriləcək.

"Fəaliyyətimiz davam edir. "Tusaş" və "Aselsan" intensiv fəaliyyət göstərir. Ümid edirəm ki, dörd təyyarə hazır olacaq", deyə "Hava Soj" layihəsi ilə bağlı nazir bildirib.

Daha əvvəl KİV-lər Türkiyənin bu ölkənin şimalında əməliyyata hazırlıq məqsədilə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini İraqla sərhəddə yerləşdirə biləcəyini yazıb.

ABŞ Türkiyəyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Ukraynaya verməyi təklif etsə də, Ankara bu təklifdən imtina edib.

Poliqon.info