Baydenin sözləri ABŞ-ın müttəfiqi ilə münasibətləri korlaya bilər    

ABŞ prezidenti Co Baydenin ksenofob ölkələrlə bağlı sözləri Yaponiya ilə problemlərə səbəb ola bilər...

Poliqon xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Söhbət heç bir arqument gətirmədən Rusiya, Çin, Hindistan və Yaponiyanı "ksenofob ölkələr" adlandıran və bunun bu ölkələrdə cəmiyyətin inkişafına mane ola biləcəyini iddia edən Baydenin kampaniya çıxışından gedir.

"Şərhlər Yaponiya və Hindistanla illərlə görüşən administrasiya diplomatları üçün qıcıq mənbəyi ola bilər", deyə qəzet yazıb.

Baydenin açıqlamaları artıq ABŞ-da tənqidlə qarşılanıb. Ohayodan olan respublikaçı senator J.D.Vens sosial şəbəkələrdə Baydenin ehtiyatsız bəyanatlarını "təlxəkliyin növbəti təzahürü" adlandırıb.

Eyni zamanda, Tokio da Amerika prezidentinin bəyanatlarına reaksiya verib. Yaponiya parlamentinin yuxarı palatasının üzvü Mizuho Uemura Baydenə Nyu-Yorkun problemləri ilə məşğul olmağı tövsiyə edib.

Poliqon.info