ABŞ Rusiyaya və Şimali Koreyaya sanksiyalar tətbiq etməyə davam edəcək

Dövlət Departamenti Rusiya ilə KXDR arasında əməkdaşlığa görə sanksiyaların tətbiqini davam etdirəcəyini vəd edib...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. Sözçü qeyd edib ki, ABŞ tərəfdaşları ilə birlikdə Rusiya və KXDR arasında silah və neft məhsullarının tədarükünü asanlaşdırdığına görə sanksiyaları davam etdirəcək. Miller may ayında yeni məhdudiyyətlərin tətbiq olunduğunu qeyd edib.

"Hazırda biz tərəfdaşlarımızla, o cümlədən Avstraliya, Avropa İttifaqı, Yaponiya, Yeni Zelandiya, Koreya Respublikası və Böyük Britaniya ilə bu ay yeni razılaşdırılmış sanksiyaları elan etmək üçün işləyirik", deyə Miller brifinqdə bildirib.

Poliqon.info