Braziliyada daşqınlar 29 nəfərin həyatına son qoyub

Braziliyanın cənubunda daşqınlar nəticəsində artıq 29 nəfər ölüb, daha 60 nəfər itkin düşüb...

Poliqon xəbər verir ki, bu barədə yerli “Metropoles” portalı məlumat yayıb. Ümumilikdə 213 bələdiyyə daşqınlar, bəndlərin sıradan çıxması və torpaq sürüşmələri barədə məlumat verib. 10 min insan mənzilsiz qaldı.

Bazar ertəsi, aprelin 29-da Braziliyanın ən cənubunda, Uruqvayla sərhəddə yağışlar başlayıb. Şiddətli yağışlar nəticəsində Kotiporana və Bento Qonçalves bələdiyyələrində Rio das Antas çayında bənd çöküb. Bento Qonçalvesin meri Dioqo Seqabinazzi çayın yaxınlığında yaşayan sakinləri mümkün qədər tez təxliyə etməyə çağırıb. Suyun səviyyəsinin daha 2-4 metr qalxa biləcəyi gözlənilir.

Prezident Luiz İnasio da Silvanın başçılıq etdiyi nümayəndə heyəti bu həftə bölgəyə səfər edib.

Poliqon.info