Qəzza zoıağının bərpası 30-40 milyard dollara başa gələcək

BMT Qəzza zolağının yenidən qurulmasının dəyərini 30-40 milyard dollar dəyərində qiymətləndirib...

İsrailin Fələstinin HƏMAS qruplaşması ilə müharibəsindən sonra Qəzza zolağının bərpası üçün 30 milyard dollardan 40 milyard dollara qədər vəsait tələb olunacaq.

Poliqon xəbər verir ki, bu barədə BMT-nin Ərəb Ölkələri üzrə İnkişaf Proqramı nın rəhbəri Abdullah əl-Dərdari bildirib. Dərdari Qəzzada dağıntıların miqyasının böyük və görünməmiş olduğunu vurğulayıb.

“Beynəlxalq ictimaiyyət İkinci Dünya Müharibəsindən sonra heç vaxt belə bir miqyasla məşğul olmayıb”, deyə BMT rəsmisi qeyd edib.

Qeyd edək ki, Qəzza zolağında İsrail və HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-dən davam edir.

Poliqon.info