Ursula fon der Leyen: Gürcüstan yol ayrıcındadır və Avropaya doğru hərəkət etməlidir...

Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Xarici təsirin şəffaflığı haqqında” mübahisəli qanun layihəsinin qəbulu ilə bağlı Gürcüstanda yaranmış vəziyyətdən narahatlığını bildirib...

Poliqon xəbər verir ki, Avropa Komissiyasının bu barədə “X” sosial şəbəkəsində yazıb.

Fon der Leyen Gürcüstandakı vəziyyəti “böyük narahatlıqla” izlədiyini vurğulayıb və Tbilisi küçələrində baş verən zorakılığı pisləyib.

"Gürcü xalqı öz ölkələrinin Avropa gələcəyini istəyir. Gürcüstan yol ayrıcındadır. O, Avropaya gedən yolda öz kursunu saxlamalıdır", deyə AK rəhbəri vurğulayıb.

Poliqon.info