Almaniya qadınlar üçün məcburi hərbi xidmət tətbiq oluna bilər

Almaniyada Ukrayna münaqişəsi fonunda ölkə ordusundakı kadr çatışmazlığını doldurmaq üçün hər iki cinsin nümayəndələri üçün məcburi hərbi xidmətin tətbiqinə çağırıblar...

Poliqon "Der Spiegel"ə istinadən xəbər verir ki, bu təkliflə Bundestaqın müdafiə məsələləri üzrə keçmiş komissarı, Təhlükəsizlik Siyasəti Cəmiyyətinin hazırkı prezidenti Hans-Piter Bartels çıxış edib.

Bartels işçi qüvvəsinin çatışmazlığının Almaniyanın silahlı qüvvələrini əhatə etdiyini deyib.

"Lakin davam edən kadr çatışmazlığı ilə həqiqətən mübarizə aparmağa kömək edə biləcək yeganə şey məcburi hərbi xidmətin dirçəldilməsidir. Bəlkə də bu dəfə hər iki cinsin nümayəndələri üçün uyğunlaşdırılmış formada olmalıdır", deyə Bartels bildirib.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyada 2011-ci il iyulun 1-dən hərbi xidmətə çağırışın ləğvinin səhv olduğunu bildirib. O, daha sonra qeyd edib ki, özü heç vaxt hərbi xidmətə çağırışın bərpa olunmasının tərəfdarı olmayıb, çünki hazırda bunun üçün nə imkanlar, nə də vasitələr var.

Pistorius jurnalistlərin hərbi xidmətə çağırışın bərpası planları ilə bağlı sualına "Hərbi çağırışın dayandırılmasının səhv olduğunu düşünsəm də, onun yenidən tətbiqinin indiki vəziyyətdə kömək etməyəcəyi açıq-aydındır" cavab verib.

Poliqon.info