Paşinyanın 1 may təbriki: Ermənistanda yoxsulluğun əsas amili zəif təhsildir...

Ermənistanın hökumət başçısı ölkəsindəki yoxsulluğun səbəbini açıqlayıb...

Ermənistanda minlərlə vətəndaş, o cümlədən işi olanlar yoxsulluq həddinin altındadır, lakin təhsilin və bu sistemdə islahatların köməyi ilə bunu aradan qaldırmaq olar,.

Poliqon xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan zəhmətkeşlərə 1 may təbrikində bildirib.

“Əvvəlki kimi, indi də əminəm ki, yoxsulluğun öhdəsindən yalnız təhsil və ixtisasartırma ilə birgə işləməklə nail olmaq olar”, deyə Paşinyan əmək və fəhlə həmrəyliyi günü ilə bağlı müraciətində qeyd edib.

Baş nazirin sözlərinə görə, bu gün hökumətin səyləri orta nəslin nümayəndələrinin hazırlanması, ixtisasartırılması və motivasiyası üçün imkanların yaradılmasına yönəlib.

Hökumət başçısı hesab edir ki, yoxsulluğun aradan qaldırılması yolunda əsas amil məktəbəqədər təhsildən tutmuş ali və peşə təhsilinə qədər təhsil sahəsində aparılan islahatlardır.

“Bu gün insanın yoxsulluq içində yaşamasının əsas səbəbi onun ya təhsil almaması, ya keyfiyyətsiz olması, ya da ömür boyu təhsil məntiqinə sığmamasıdır”, deyə Paşinyan vurğulayıb.

Poliqon.info