Konqresmen Blekbern Fələstin tərəfdarı tələbələrin deportasiyasına çağırıb

ABŞ-da konqresmen Fələstin tərəfdarı mitinqlərdə iştirak edən tələbələri ölkədən çıxarmağı tələb edib...

Tennessi ştatından Respublikaçı konqresmen Marşa Blekbern ABŞ hökumətini vizaları ləğv etməyə və Amerika universitetlərində Fələstin tərəfdarı mitinqlərdə iştirak edən əcnəbi tələbələri ölkədən çıxarmağa çağırıb.

Poliqon xəbər verir ki, konqresmenin sözlərini The Hill nəşri sitat gətirib.

Konqres üzvünün sözlərinə görə, HƏMAS radikal qruplaşmasına dəstək şüarları səsləndirmək və yəhudi tələbələrə qarşı aqressiv davranmaq qəbuledilməzdir. Siyasətçi vurğulayıb ki, ABŞ və İsrailin siyasətinə etiraz edən tələbələr, əgər əcnəbidirlərsə, deportasiya edilməlidirlər.

Qeyd edək ki, daha əvvəl Nümayəndələr Palatasının spikeri Mayk Conson ABŞ Fələstinə dəstək üçün tələbə nümayişlərini dağıtmaq üçün Milli Qvardiyanın üzvlərini cəlb ediləcəyini bildirib.

Poliqon.info