Goranboyda piyadanın ölümü ilə nəticələn qəza baş verib

Goranboyda piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada rayon Rəhimli kənd sakini Rəşid Böyükkişyevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info