Şolts xilafət yaradılması çağırışına reaksiya verib

Almaniya kansleri Şolts islamçıları problemləri qanun çərçivəsində həll etməyə çağırıb...

Almaniya kansleri Olaf Şots bildirib ki, islamçılar öz fəaliyyətilərini və problemlərini qanuni yolla həll etməlidirlər.

Poliqon xəbər verir ki, Şoltsun açıqlaması Almaniya hökümətinin saytında yer alıb.

Qeyd edilir ki, Monteneqronun baş naziri Mirko Spajiçlə görüşdən sonra keçirilən mətbuat konfransında Şoltsa aprelin 27-də ölkədə xilafətin qurulmasına çağırış edən islamçıların mitinqi ilə bağlı sual verilib.

“Hüququn aliliyi çərçivəsində əlimizdə olan imkan və variantları nəzərə alaraq islamçıların qanundankənar fəaliyyətlərinə qarşı bütün imkanlarla hərəkət etmək lazımdır”, deyə Almaniya kansleri suala cavab verib.

Qeyd edək ki, ötən gün Hamburqda islamçıların kütləvi mitinqi keçirilib və onlar başqa şeylərlə yanaşı, xilafətin bərpa edilməsini tələb ediblər.

Poliqon.info