ABŞ polisi etiraz aksiyalarında iştirak edən 40-a yaxın tələbəni saxlayıb

Fələstinə dəstək aksiyası keçirən onlarla tələbə Texas Universitetində saxlanılıb...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Xəbərdə qeyd edilir ki, polis Texas Universitetinin düşərgəsində Fələstinə dəstək nümayişi keçirən 40-a yaxın tələbəni saxlayıb. Hadisələr Texasın Ostin şəhərində baş verib.

Aksiya təşkilatçılarının dediyinə görə, polis həbs zamanı “fışqıran qumbaraatan” və digər kimyəvi mərmilərdən istifadə edib.

Ümumilikdə bu həftə ABŞ-ın bir neçə universitetində yüzlərlə tələbə həbs edilib. Etirazlar Harvard, Minnesota, Texas, Arizona, Yale, Kolumbiya və Cons Hopkins Universitetlərində keçirilib.

Poliqon.info