Təbrizdə kanalizasiya borusu partladı: Yaralılar var - Foto,Video

Təbriz şəhərinin Pərvaz parkında kanalizasiya borusunda qaz sızması nəticəsində partlayış baş verib...

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Şərqi Azərbaycan əyalətinin Fövqəladə Hallar İdarəsinin sözçüsü Vəhid Şadinia bu barədə danışıb:“Kanalizasiya borusunda baş verən partlayışda dörd nəfər yaralanıb. Onlar təcili yardım tərəfindən xəstəxanaya çatdırılıblar”.

Poliqon.info