Gürcüstan parlamenti sabah “Xarici agentlər haqqında” qanun layihəsini müzakirə edəcək

Sabah parlamentin plenar iclasında hakim “Gürcü arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə ikinci oxunuşda baxılacaq...

Poliqon xəbər verir ki, bu barədə parlamentin hüquq məsələləri üzrə komitəsinin sədri Anri Oxanaşvili məlumat verib. Komissiya sədri həmçinin müxalifəti sessiyanın bu gün keçiriləcəyi ilə bağlı dezinformasiya yaymaqda ittiham edib.

Qeyd edək ki, bu gün “Gürcü arzusu” qanun layihəsinə ictimai dəstək vermək məqsədi ilə parlament binası qarşısında genişmiqyaslı aksiya keçirəcək.

Mitinqdə partiyanın təsisçisi Bidzina İvanişvili də iştirak edəcək.

Poliqon.info