Telegram Ukrayna kəşfiyyatının çat-botlarını bloklayıb

Ukraynanın Baş Kəşfiyyat İdarəsi (GUR) bildirib ki, Telegram messencerinin rəhbərliyi onlara məxsus olan bir neçə rəsmi çat-botları bloklayıb...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatının telegram kanalında məlumat verilib.

“Bu, Telegram rəhbərliyinin bəyan etdiyi qaydalara və ictimai bəyanatlara zidd olaraq baş verib”, deyə Ukrayna kəşfiyyatı idarəsinin bəyanatında bildiriir.

Bloklanan rəsmi çat-botların aarasında Ukrayna kəşfiyyatının Rusiyanın nəzarəti altında olan ərazilərdən məlumat topladığı “Əsas Kəşfiyyat Botu” da var.

UNIAN agentliyi yazır ki, Telegram həmçinin Ukrayna Rəqəmsal İnkişaf Nazirliyi, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və digərlərinin botlarını bloklayıb. Bloklama haqqında “Rusiyanın Azadlığı” legionu da məlumat verib.

Telegram çat-botların bloklanması ilə bağlı mesajları şərh etməyib. Messencerin təsisçisi Pavel Durov aprelin 24-də elan edib ki, Telegram administrasiyası hərbi zərbələr üçün məlumat və koordinatları toplayan hesabları bloklayacaq.

Poliqon.info