Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb    

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb...

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən ərazidə batan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Poliqon.info