Yaxın Şərqdə İrana qarşı koalisiya yarana bilər

FA: Yaxın Şərqdə İrana qarşı ittifaq yaratmaq üçün ilkin şərtlər yaranıb...

İranın Yaxın Şərqdə İsrail ərazisinə hücumundan sonra anti-İran ittifaqının yaradılması üçün ilkin şərtlər yaranıb.

Poliqon xəbər verir ki, bu barədə “Foreign Affairs” nəşri yazır.

Nəşrin yazdığına görə, İranın yəhudi dövlətinə qarşı atdığı raket və pilotsuz təyyarələrin tutulmasında iştirak edən regional və beynəlxalq koalisiya Tehrana qarşı yönələcək regional ittifaq yaratmaq potensialını göstərir.

Qeyd edək ki, aprelin 14-nə keçən gecə İran İsrailə doğru 185 pilotsuz uçuş aparatı və 150 raket atıb. Yəhudi dövlətinin ordusunun Dəməşqdəki respublika səfirliyinə hücumuna Tehran belə cavab verib. Bundan sonra “The Wall Street Journal” İranın İsrailə hücumunun miqyasının Amerika administrasiyasının nümayəndələrini şoka saldığını yazıb.

Aprelin 19-da məlum olub ki, İrandakı obyekt İsrail tərəfindən raket hücumuna məruz qalıb. İranın “Fars” Agentliyinin məlumatına görə, partlayış İranın İsfahan əyalətinin Kehcəvaristan şəhərində, İsfahan hava limanı və ölkə ordusunun 8-ci Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş verib.

Poliqon.info