ABŞ Dövlət Departamentinin erməni mətbuatı ilə bağlı hesabatı: Bir ovuc müstəqil media qalıb...

2023-cü ildə Ermənistanda media siyasi cəhətdən qütbləşib və medianın maliyyə imkanları mətbuat azadlığına əngəl olaraq qalıb...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “İnsan Haqları Təcrübələri üzrə 2023 Ölkə Hesabatları: Ermənistan” adlı illik hesabatında deyilir.

“Keçmiş hakimiyyət və ya parlamentdəki müxalifət partiyaları ilə əlaqəli olduğu iddia edilən şəxslər və ya qruplar bir çox yayım mediasında və qəzetlərdə pay sahibi olmaqda davam edirdilər ki, bu da sahiblərinin siyasi baxışlarını və maliyyə maraqlarını əks etdirir. İl boyu dövlət qurumları qütbləşməni artıraraq mediaya maliyyə sərmayələrini artırıblar. Hazırda isə siyasi donorların maliyyə dəstəyindən asılı olmayan bir neçə müstəqil media orqanı qalıb. Bunun əvəzinə onlar reklamdan və abunə haqlarından əldə edilən məhdud gəlirə görə beynəlxalq donorların dəstəyinə arxalanırlar”, deyə Dövlət Departamentinin hesabatında deyilir.

ABŞ-ın Xarici Siyasət İcmalında qeyd olunur ki,, yayım mediası, o cümlədən ictimai televiziya əhalinin əksəriyyəti üçün əsas xəbər və məlumat mənbələrindən biri olaraq qalır.

“Bəzi media müşahidəçilərinin fikrincə, ictimai televiziya müxalifətin səsləri üçün əlçatan olsa da, xəbərləri və siyasi debatları hökumətyönlü mövqedən nümayiş etdirməyə davam edib”, deyə sənəddə vurğulanır.

Həmçinin hesabatda qeyd olunur ki, bəhs edilən dövrdə sosial şəbəkə istifadəçiləri müxtəlif sosial şəbəkə platformalarında hakimiyyət və keçmiş hökumət strukturları haqqında öz fikirlərini sərbəst şəkildə ifadə ediblər.

Hesabatda vurğulanır ki, siyasi mənsubiyyət, gender kimliyi və gender bərabərliyi məsələlərinə əsaslanan kiber zorakılıq, o cümlədən jurnalistlərə qarşı özünüsenzuraya gətirib çıxarıb.

Poliqon.info