İsrail Livandakı “Hizbullah” hədəflərinə hücum edib

İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə zərbələr endirib...

İsrail qırıcıları Livandakı şiə təşkilatı Hizbullahın hədəflərinə hücum edib.

Poliqon xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

Qeyd olunur ki, hücum bir gün əvvəl, aprelin 24-də baş verib.

“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Marun ər-Rasa bölgəsindəki “Hizbullah” terror infrastrukturuna, eləcə də Markaba bölgəsindəki “Hizbullah”ın müşahidə məntəqəsinə hücum edib”, deyə məlumatda deyilir.

Bundan əlavə, İsrail hərbçiləri aprelin 24-də Alma əş-Şaab kəndi yaxınlığındakı “Hizbullah” hərbi obyektinə də hücum ediblər.

Qeyd edək ki, “Al Mayadeen” telekanalı İordan çayının qərb sahilinin bir sıra şəhərlərində fələstinli radikal qrupların üzvləri ilə İsrail Müdafiə Qüvvələri arasında silahlı toqquşmaların baş verdiyi haqda da məlumat yayıb. Xüsusilə, Tulkərm şəhərində “Əl-Qüds” Briqadaları İsrail əsgərlərinə hücum edib.

Poliqon.info