Ermənistan demokratiyası - Qərb Paşinyan hökumətinə niyə “şapalaq” vurub?

Nikol Paşinyan və hökuməti Freedom House-un 2023-cü ildə Ermənistanda demokratik idarəetmə reytinqinin 2,50-dən 2,25-ə düşdüyünə dair hesabatını hələ həzm etməyib...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti qəaeti yazır. Nəşr qeyd edir ki, üstəlik, eyni hüquq müdafiə təşkilatı “Ermənistanda polis zorakılığı ilə bağlı xəbərlərdən narahatlığını” ifadə edib.

Erməni nəşri Freedom House-un bu hesabatını Qərbdən növbəti “şapalaq” kimi dəyərlıəndirib.

“ABŞ Dövlət Departamenti insan haqları ilə bağlı illik hesabatını açıqlayıb və Ermənistan hökuməti tərəfindən işgəncə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, habelə davam edən əsassız həbslər və həbslər barədə etibarlı hesabatlar aldığını vurğulayıb”, deyə nəşr qeyd edir.

“Past” yazır ki, Qərbin Paşinyanın “üzünə yumruq atması” və birdən-birə həqiqətlə bir az da olsa üz-üzə gəlməyə qərar verməsinin bir neçə variantı ola bilər.

“Məsələn, bu, Nikol Paşinyana xəbərdarlıq ola bilər, ya da ola bilsin ki, Qərb də Nikol Paşinyandan əlini üzüb”, deyə nəşr vurğulayır.

Poliqon.info