Bloomberg: G7 Ukrayna sülh konfransı öncəsi Qətərdə toplanacaq...

Böyük Yeddilik qrupu (G7) ölkələri iyunda İsveçrədə keçiriləcək Ukrayna sülh konfransı öncəsi Qətərdə görüşəcək...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, dünyanın müxtəlif ölkələrindən milli təhlükəsizlik müşavirləri və yüksək səviyyəli rəsmilər Rusiya-Ukrayna münaqişəsinin həlli şərtləri ilə bağlı sammit planlarını müzakirə etmək üçün 27-28 aprel həftəsonu Dohada görüşəcəklər.

Agentliyin qeyd edir ki, G7 və qondarma “Qlobal Cənub” nümayəndələrinin görüşü İsveçrədə sammit üçün zəmin hazırlayan danışıqlar raundunun bir hissəsidir. Qətərin paytaxtında keçiriləcək görüşün iştirakçılarının siyahısı hələ təsdiqlənməyib, lakin Rusiya bu toplantıya dəvət olunmayıb və Çinin iştirak edib-etməyəcəyi də bəlli deyil.

Öz növbəsində, Ukraynanın müttəfiqləri Pekinin Moskvaya təsir gücünə malik olduğundan, sammitin uğuru üçün ÇXR-in iştirakını vacib hesab edirlər.

“Çin istənilən razılaşmaya ağırlıq qatacaq əsas iştirakçı kimi görünür və buna görə də Pekindən kiminsə bu görüşdə iştirak edib-etməyəcəyi sualı həlledicidir”, deyə Bloomberg yazır.

Poliqon.info