Makron AK rəhbəri postunda Ursula fon der Leyeni əvəz edəcək adam axtarır

Fransa prezidenti Emmanuel Makron Avropa Komissiyasının sədri vəzifəsinə namizəd seçmək üçün Aİ liderləri ilə danışıqlar aparır...

Poliqon xəbər verir ki. bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, Fransa prezidenti hazırkı AK rəhbəri Ursula fon der Leyenin yenidən prezident seçilməsini dəstəkləmir.

Bloomberg-in məlumatına görə, Makron Avropa Mərkəzi Bankının keçmiş prezidenti və İtaliyanın keçmiş baş naziri Mario Draqinin namizədliyini irəlü sürmək istəyir. Agentlik yazır ki, o, artıq İtaliya hökumətinin başçısı Giorgia Meloni ilə bu mövzuda danışıqlar aparıb.

Bloomberg qeyd edir ki, AK rəhbəri vəzifəsinə rəsmən namizəd kimi irəli sürülən Ursula fon der Leyen son illərdə qəbul etdiyi qərarlara görə bəzi Aİ ölkələrindən narazılıqla üzləşib. Xüsusilə də assosiasiya üzvlərinin iddiaları onun ticarət, iqlim dəyişikliyi və ABŞ-la münasibətlərlə bağlı siyasətlərinə aiddir.

Qeyd edək ki, Avropa İttifaqında seçkilər iyunun 6-9-da keçiriləcək. Səsvermə zamanı əsas ümumavropa qurumlarının, o cümlədən Avropa Komissiyasının yüksək vəzifəli şəxsləri seçiləcək.

Ursula fon der Leyen 2019-cu ildən vəzifəsini icra edir. Martın 7-də sağ mərkəzçi Avropa Xalq Partiyası Ursula fon der Leyenin ikinci müddətə namizədliyini təsdiqləyib.

Poliqon.info