Rusiya Odessada avtomobil anbarına 10 milyon dollar dəyərində raket atıb...

Odessaya səhər hücumu zamanı Rusiya Federasiyası istismardan çıxmış avtomobil avadanlığının saxlandığı anbarı vurub, istifadə olunan sursatın dəyəri 10 milyon dollara çata bilər...

Poliqon xəbər verir ki, bu barədə Telegram-da Ukrayna Cənub Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyası Odessa şəhərində istismardan çıxmış avtomobil avadanlığının saxlandığı yerə zərbə endirib", deyə məlumatda qeyd edilir.

Qeyd olunur ki, ruslar arxa cəbhədə hərbi infrastruktur obyektləri axtarmağa çalışır. Lakin Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri hücum yerində olmadığından itki olmayıb.

Cənub Müdafiə Qüvvələri onu da qeyd edib ki, ruslar bahalı sursatları heç bir halda əsirgəmir: "Bu dəfəki hücum Rusiyaya az qala 10 milyon ABŞ dollarına başa gələ bilərdi".

Qeyd edək ki, Rusiya ordusu bu gün səhər saatlarında Odessaya raket zərbəsi endirib, nəticədə bir qadın yaralanıb, 30-a yaxın ev dağılıb. Odessanın Hacıbəy rayonunda evlərin bir hissəsi elektrik naqillərinin zədələnməsi səbəbindən işıqsız qalıb.

Poliqon.info