Gecə saatlarında Ermənistandan Gürcüstana gedən yol yenidən bağlanıb

Gecə saatlarında Ermənistanın Tavuş rayonunun Kirants kəndindən Gürcüstana gedən yol bağlanıb...

Poliqon erməni mətbuatına əsasən xəbər verir ki, artıq beş gündür ki, Azərbaycanın 4 kəndinin geri qaytarılmasına etiraz edən ermənilər. yolun üstündə gecələyirlər.

Qeyd edək ki, dünən axşam saatlarında Tavuş rayonunun Baqrataşen yolunda qırmızı berelilər güc tətbiq edərək yolu bağlayan erməni radikallarını saxlayıblar. Saxlanılanlar arasında o cümlədən ehtiyatda olan polkovnik Mihran Mahsudyan da olub. gətiriblər. Gecə yarısı politoloq Suren Petrosyandan başqa bütün məhbuslar buraxılıb.Erməni radikal bu gün İrəvana gətirilib.

Xatırladaq ki, aprelin 19-da Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyalar Tavuş vilayətindən sərhədin demarkasiyasına başlamaq barədə razılığa gəliblər. Sərhəd xəttinin bu hissələrinin təsviri yerində aparılan geodeziya ölçmələri nəticəsində alınacaq koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib ediləcək. Bütün bunlar cari ilin mayın 15-dək tərəflər arasında razılaşdırılmalı və imzalanmalı olan müvafiq protokol təsvirində sənədləşdiriləcək.

Poliqon.info