Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - Yenilənib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib...

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

***

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yola düşüb.

“Report” Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Onu 11 nazirdən ibarət nümayəndə heyəti müşayiət edir.

Poliqon.info