ABŞ Konqresi Ukrayna üçün Lend-Liz proqramının uzadılmasına çağırıb

ABŞ Konqresi Ukrayna üçün “Lend-Lease” qanununun müddətinin uzadılmasına çağırıb...

Bu qanuna əsasən, ABŞ prezidenti lazımi hüquqi və kommersiya prosedurları olmadan Ukraynaya və digər ölkələrə silah ötürə bilər.

Polqion xəbər verir ki, qanun layihəsini respublikaçı senator Con Korni Konqresə təqdim edib.

Konqresin saytında qeyd edilir ki, layihə aprelin 18-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə təqdim edilib. Layihənin həmmüəllifi Korninin partiyadakı həmkarı Tim Skott, eləcə də demokrat senatorlar Kris Kuns və Cinni Şeyxindir.

“Ukraynanın arsenalı hər gün azalır və uğur qazanmaq üçün ABŞ və NATO müttəfiqlərimizin daha çox köməyinə ehtiyacı var. Bu qanunvericilik Birləşmiş Ştatların maliyyə baxımından məsuliyyətli şəkildə çağırışa cavab verməyə hazır olmasını təmin edəcək və mən həmkarlarımı Ukraynaya öz suverenliyini müdafiə etməkdə kömək etmək üçün onu tez bir zamanda qəbul etməyə çağırıram”, deyə Korninin müraciətində bildirilir.

Qeyd edək ki, Ukrayna üçün “Lend-Lease” qanunu ilkin olaraq 2022-ci il mayın 9-da imzalanıb və 2023-cü il sentyabrın 30-da başa çatıb.

Poliqon.info