Şəkidə 4 gün əvvəl itkin düşən qadının meyiti çaydan çıxarılıb - Yenilənib

Şəkidə çayda batan qadının meyiti sudan çıxarılıb...

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Şəki rayonu Cumakənd kənd sakini 64 yaşlı Çimnaz Vahab qızı Mikayılovanın meyiti axşam saat 19:30-da Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən batdığı Əyriçay çayından çıxarılıb.

Cəsəd hadisə yerinə cəlb edilmiş Təcili Tibi Yardım briqadasına təhvil verilib.

Ç. Mikayılovanın ölümünün dəqiq səbəbinə aydınlıq gətirmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

***

Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb Şəki regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, aprelin 19-da itkin düşən Şəki rayon sakini 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb.

Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və hazırda qadının meyitinin sudan çıxarılması istiqamətində tədbirlər görülür.

Poliqon.info