Avropa İttifaqı diktatorlara silah satmaqda ittiham olundu...

Avropa İttifaqı diktatura rejimlərinə silah satır, çünki onların ittifaq ölkələrində istehsalı koordinasiya olunmur...

Poliqon xəbər verir ki, bunu Almaniyanın "Berliner Zeitung" qəzeti Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) araşdırmasına istinadən yazıb.

Bundan əlavə, Bonn Beynəlxalq Münaqişələrin Tədqiqi Mərkəzinin baş elmi işçisi və hərbi ekspert Maks Mutşler hesab edir ki, Avropa ölkələri birlikdə orduya Rusiyadan xeyli çox pul xərcləyirlər. Sənayenin səmərəliliyi Aİ-də ümumi satınalma sisteminə malik olmadığı üçün azalır.

"Almaniya keçən il müdafiə avadanlığına 66,8 milyard dollar xərcləyib ki, bu da əvvəlki illə müqayisədə 9 faiz çoxdur", deyə Mutşler qeyd edib.

Mutşlerəlavə edib ki, o, Avropa silahlarının da avtokratik ölkələrə satılmasından narahatdır,.

Qeyd edək ki, SIPRI 2023-cü ildə qlobal hərbi xərclərin 2022-ci ilə nisbətən 6,8% artaraq 2,443 trilyon dollara çatdığını açıqlayıb. Bu, 2009-cu ildən bəri ən böyük artım olub və ilk 10 ölkənin hamısında baş verib.

"Qlobal hərbi xərclər müharibə, artan gərginlik və qeyri-müəyyənlik fonunda artır. Artım 9-cu ildir ki, davam edib və bütün regionlarda müşahidə olunub. Avropa, Asiya və Okeaniyada, eləcə də Yaxın Şərqdə ən böyük performansını əldə edib. 2023-cü ildə ümumi hərbi xərclər qlobal ÜDM-in 2,3%-ni təşkil edib. Bu sahədə ən çox vəsait xərcləyən ilk beş ölkə ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanı olub ki, bu ölkələr birlikdə qlobal hərbi xərclərin 61%-ni təşkil edib", deyə müəlliflər vurğulayırlar.

Qlobal reytinqin zirvəsində olan həm ABŞ, həm də Çin 2023-cü ildə hərbi xərclərini artıraraq müvafiq olaraq 916 milyard və 296 milyard dollar təşkil edib

Poliqon.info