Sunak Ukraynaya Britaniyanın ən böyük yardım paketini ayıracaq

Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya 617 milyon dollar məbləğində ən böyük yardım paketini ayırmağı planlaşdırdığını açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, yeni yardım paketi ilə birlikdə Böyük Britaniyanın 2024-cü ildə Ukraynaya ayırdığı vəsaitin ümumi məbləği 3,7 milyard dollara çatacaq:

“Birləşmiş Krallıq həmişə milli maraqlarımızı qoruyaraq, Avropanın təhlükəsizliyinin önündə öz rolunu oynayacaq və NATO-dakı müttəfiqlərimizi dəstəkləyəcək”, deyə cənab Sunak bildirib.

Qeyd edək ki, yanvarın 12-də Rişi Sunak 2024-cü ildə Ukraynaya hərbi yardımın 3,1 milyard dollara qədər artırılacağını açıqlayıb. Qeyd edilir ki, Böyük Britaniya müharibə başlayandan bəri hər il Uktaynaya 2,9 milyard dollar ayırıb. Britaniyanın Ukraynaya ümumi yardımı isə 15 milyard təşkil edir. Bu yardımın 8,9 milyard dolları hərbi yardıma, qalanı isə humanitar və iqtisadi dəstəyə yönəldilib.

Poliqon.info