Çin yeni “soyuq müharibə”yə qoşulmaqdan imtina edib...

Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının (MHK) sədr müavini Çjan Yusya bildirib ki, Pekin soyuq müharibəyə girmək niyyətində deyil...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Çjan Yusya düşərgələr arasında qarşıdurmanın hələ də mövcud olduğunu etiraf etdi və “Soyuq Müharibə” düşüncəsinə son qoymağa çağırdı

"Çin xalqı sülh tərəfdarıdır və heç bir ölkə ilə “soyuq müharibə” aparmaq niyyətində deyil, lakin özünün ərazi suverenliyinin pozulmasına imkan verməyəcək və özünün əsas maraqlarına güzəştə getməyəcək”, deyə Çin rəsmisi bildirib.

Çin Xalq Respublikası Mərkəzi Hərbi Komissiyasının sədr müavini güc siyasətinin qeyri-populyar olduğunu da vurğulayıb.

Bundan əvvəl Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Tsin Tsyuan ABŞ və Çin arasında yeni soyuq müharibə ideyasını rədd etməyə çağırıb.

Diplomat qeyd edib ki, Çində təxminən 1,4 milyard insan, yəni dünya əhalisinin təxminən beşdə biri, ABŞ-da isə 340 milyona yaxın əhali var. Ümumilikdə, iki ölkənin əhalisi bütün planet əhalisinin demək olar ki, dörddə birini təşkil edir.

“Ona görə də qarşıdurma zamanı çoxlu sayda insan ölə bilər”, ddeyə iplomat xəbərdarlıq edib.

Poliqon.info