Goranboy canisinin ailəsindən yeni xəbər

7 nəfərin ölümünə səbəb olan şəxsin ailəsi kənddən çıxarılıb
Goranboyda 7 nəfərin ölümü ilə nəticələnən cinayətlə bağlı yeni faktlar üzə çıxıb. ANS PRESS-in məlumatına görə, Səfikürd kənd İcra Nümayəndəliyinin rəhbəri Eldəniz Həsənəliyev ANS TV-nin “Günə Baxan” verilişinin canlı yayımına qoşulub. Onun sözlərinə görə, cinayəti törədən şəxs Gəncədə saxlanılır və hazırda istintaq davam edir. H.Həsənəliyev bildirib ki, cinayəti törədən şəxsin ailəsi kənddən çıxarılıb. Bu bir gecədə 7 nəfər üzvüni itirən ailənin yaxınlarının xahişi ilə olub. "Lakin istintaq tamamlanandan sonra başqa tədbirlərin görüləcəyi də mümkündür".Xatırladaq ki, Goranboy rayonunda faciəli hadisə oktyabrın 1-də baş verib. Rafiq Hüseynov toyundna bir necə gün sonra həyat yoldaşına qarşı zorakılıq edib. Nəticədə yeni gəlin atası evinə qayıdıb. R.Hüseynov arvadından evə qayıtmasını tələb edib. Ailə isə qızlarını geri göndərməyəcəyini bildirib. R.Hüseynov gecə saat 05 radələrində həyat yoldaşının ata evinə basqın edərək qumbara atıb. O evdə olan 7 nəfəri öldürüb, 2 nəfər isə yaralanıb. Ölənlərdən biri 3 yaşlı uşaq olub. Bunlar arvadı Südabə, qaynı Namiq, qayınanası Diləzbər Məmmədova, qohumları Ofelya, Həvayət, Fərqanə və azyaşlı İsa Məmmədovu qətlə yetirib.