KİV: İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs saxlanılıb - Yenilənib

İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxsi polis saxlayıb...

“Report” xəbər verir ki, bu barədə "BFM" TV məlumat yayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, cinayətkar BRI Xüsusi İstintaq və Çevik Müdaxilə Briqadasının əməkdaşları tərəfindən dindirilir.

***

Naməlum şəxs Parisin 16-cı dairəsində yerləşən İran Konsulluğunun yaxınlığındakı binaya daxil olaraq, özünü partladacağını bildirib.

APA-nın məlumatına görə, əraziyə çox sayda polis qüvvələri cəlb olunub.

Onun hələ də binanın içərisində olduğu və əlindəki partlayıcını işə salacağı ilə təhdid etdiyi qeyd edilib.

Hadisədən sonra bina mühasirəyə alınıb və ərazidəki metro stansiyası sərnişinlər üçün bağlanıb.

Poliqon.info