WhatsApp süni intellekt funksiyası ilə təqdim edəcək: Aİ nə edəcək?

Meta hazırda yalnız ABŞ-da istifadəçilər üçün əlçatan olan WhatsApp messencerində süni intellektdən (AI) istifadə edərək şəkillərin yaradılması funksiyasını sınaqdan keçirməyə başlayıb...

Poliqon xəbər verir ki, yeni funksiya real vaxt rejimində işləyir: istifadəçi şəkil sorğusuna detallar əlavə etməedir və dərhal təsvirin göstərilən detallara uyğun olaraq necə dəyişdiyini görür.

Meta tərəfindən verilən nümunədə istifadəçi sorğu yazır: “Marsda bir futbol oyunu təsəvvür edin”. Yazılan hər sözlə süni intellekt yaradılmış təsvirə yeni detallar əlavə edir: əvvəlcə adi meydançada adi futbolçuları göstərir, sonra isə artıq Marsa bənzəyən mənzərəni dəyişir.

WhatsApp AI Image Generator-un Beta versiyasına çıxışı olan istifadəçilər yeni funksiyanı özləri sınaqdan keçirə bilərlər. Sorğu ingilis dilində edilməli və “Imagine” sözü ilə başlamalıdır.

Meta həmçinin, AI generatorunun qurulduğu Llama 3 dil modelinin "daha aydın, yüksək keyfiyyətli şəkillər" istehsal etməyə və mətnin daha yaxşı göstərilməsinə qadir olduğunu söylədi. İstifadəçilər həmçinin bu proqramdan istifadə edərək şəkilləri animasiyaya çevirə bilərlər. Süni intellekt istifadəçilərin dostlarına göndərə biləcəyi statik təsvirdən GIF şəkli yarada bilər.

Poliqon.info