Stavropol diyarında hərbi təyyarə qəzaya uğrayıb

Stavropol vilayətində hərbi təyyarə qəzaya uğrayıb, pilotlar xilas ola biliblər...

Poliqon xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat yayıb. Qubarnator bildirib ki, ilkin məlumatlara görə, təyyarə qəzaya uğrayıb, tələfat və dağıntı yoxdur.

"Təcili mesaj: Krasnoqvardeyski rayonu ərazisindəki tarlaya təyyarə düşüb. Əməliyyat məlumatlarına görə, heç bir dağıntı və ya itki yoxdur, pilotlar kabinəni tərk edib", deyə Vladimirov öz Telegram kanalında yazıb.

Qubernatorun sözlərinə görə, iki pilot sağ tapılıb. Hazırda onlar xəstəxanaya aparılır. Vladimirov əlavə edib ki, bütün xidmətlər fövqəladə hadisə yerinə gedib.

Qubernatorun dərc etdiyi təyyarə qalıqlarının fotosunda gövdə üzərində beşguşəli ulduz və “Rusiya Aerokosmik Qüvvələri” yazısı görünür. Müdafiə Nazirliyi hələlik bu hadisəyə münasibət bildirməyib.

Poliqon.info