İsrail ABŞ-ı İrana planlaşdırılan hücumla bağlı xəbərdar edib

ABŞ İsrailin İrana hücumunda iştirak etməyib, lakin bu barədə Vaşinqtona xəbərdarlıq edilib...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın NBC telekanalı mənbəyə istinadən məlumat yayıb.

Bloomberg Agentliyinin məlumatına görə isə İsrail hakimiyyəti dünən, aprelin 18-də yaxın 24-48 saat ərzində İrana qarşı hücum planlaşdırdıqları barədə Vaşinqtona xəbərdarlıq edib.

CNN telekanalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadən xəbər verib ki, ABŞ bu hərəkətləri dəstəkləməyib.

Qeyd edək ki, bu gün, aprelin 19-da İsrail İrandakı obyektə raket zərbəsi endirib. Partlayış hava limanının və İran Hərbi Hava Qüvvələrinin bazasının yerləşdiyi Kaxcavaristan şəhərində baş verib. İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb.

Bu xəbərlər fonunda Brent markalı neftin qiyməti 4,4% artıb.

Poliqon.info