Keniya Müdafiə Qüvvələrinin komandanı helikopter qəzasında həlak olub...

Keniya Müdafiə Qüvvələrinin komandanı və daha doqquz əsgər helikopterin qəzaya uğraması nəticəsində həlak olub...

Keniyanın qərbində ölkənin silahlı qüvvələrinin başçısı general Frensis Omondi Oqolla və daha 11 hərbçinin olduğu hərbi helikopter qəzaya uğrayıb.

Poliqon BBC-yə istinadən xəbər verir ki, qəza nəticəsində bir general və doqquz hərbçi həlak olub, daha ikisinin vəziyyəti ağırdır və xəstəxanaya yerləşdirilib.

“Təəssüf ki, helikopter havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb”, deyə Keniya Prezidenti Uilyam Ruto mətbuat konfransında deyib. Keniya prezidentinin sözlərinə görə, ölkənin Hərbi Hava Qüvvələri helikopterin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün komissiya göndərib.

Nation nəşrinə görə, hərbiçilər Keniya ordusunun silahlı qrupların hücumları nəticəsində zədələnmiş təhsil müəssisələrini yenidən qurulduğu Qərbi Pokotdakı orta məktəbdə “sülhməramlı missiya”dan qayıdırmışlar. Helikopter paytaxt Nayrobidən 400 km şimal-qərbdə qəzaya uğrayıb.

Qeyd edilir ki, Frensis Omondi Oqolla 2023-cü ilin aprelindən Müdafiə Qüvvələrinin rəisi vəzifəsində çalışırdı. O, ömrünün 40 ilini hərbi xidmətdə keçirib. Aprelin 19-dan Keniyada həlak olanlar üçün üç günlük matəm elan edilib. Bu günlərdə ölkədəki bütün bayraqlar və xaricdəki nümayəndəliklər yarıya qədər endiriləcək.

Poliqon.info