"Google" İsraillə müqaviləyə etiraz edən 28 əməkdaşını işdən çıxarıb, 9 nəfər həbs olunub

"Google" İsraillə müqaviləyə etiraz edən 28 əməkdaşını işdən çıxarıb, 9 nəfər həbs olunub"Google" İsraillə müqaviləyə etiraz edən 28 əməkdaşını işdən çıxarıb, 9 nəfər həbs olunub...

Çərşənbə günü "Google"un onlarla işçi şirkətin İsrail hökuməti ilə bulud hesablamaları müqaviləsinə etiraz olaraq Nyu York və Kaliforniya ştatının Sunnyvale şəhərlərindəki ofislərində oturaq aksiyalarda iştirak etdikdən sonra 28 nəfər işdən çıxarıb.

Poliqon xəbər verir ki, bir gün əvvəl 9 əməkdaş iki idarənin ərazisinə qanunsuz daxil olmaqda ittiham edilərək həbs edilib.

"Digər işçilərə fiziki müdaxilə etmək və onların obyektlərimizə girişini qadağan etmək siyasətlərimizin açıq şəkildə pozulması və tamamilə qəbuledilməz davranışdır", deyə "Google" sözçüsü bildirib.

İşdən çıxarılanların əvvəlki illərdə İsrail hökumətini süni intellekt kimi bulud xidmətləri ilə təmin etmək üçün "Google"-"Amazon" ilə 1,2 milyard dollarlıq bir müqavilə imzalayan "Project Nimbus" layihəsi ilə bağlı şirkət rəhbərlərilə bəzi fəal işçilər arasında gərginlik yaranmışdı.

Bu parçalanmalar oktyabrda Qəzza müharibəsi başlayandan daha da güclənib. "Google" bu yaxınlarda Nyu Yorkda İsrail texnologiya konfransını pozan əməkdaşını işdən çıxarıb. İşçilər münaqişə ilə bağlı mübahisə etdiyi üçün şirkət hətta forumunda dəyişikliklər etməyi planlaşdırır.

"Google" çərşənbə axşamı günü etirazları araşdırmaqda davam edəcəyini bildirib. Sunnyvaledə işçilər "Google Cloud"un icraçı direktoru Tomas Kuryanın ofisini tərk etməkdən imtina ediblər.

"No Tech" adlı oturaq aksiyaları təşkil edən qrupa bağlı şirkət işçiləri, işdən çıxarmaların "açıq-aşkar cavab tədbiri" olduğunu deyib.

"Google" işçilərinin iş şəraitimizə dinc şəkildə etiraz etmək hüququ var" deyən işçilər işdən çıxarılan bəzi "Google" işçilərinin oturaq aksiyalarda iştirak etmədiyini bildiriblər.

2021-ci ildə elan edilən "Project Nimbus" ilə müqavilə, İsrail hökumətinin müxtəlif nazirliklərinə bulud əsaslı proqram təminatının verilməsini nəzərdə tuturdu. Müqavilə imzalandıqdan sonra bəzi "Google" əməkdaşları şirkətin İsrail ordusuna yardım göstərməsindən narahat olduqlarını bildiriblər.

"Google" sözçüsü "Project Nimbus"un silah və ya kəşfiyyat xidmətləri ilə əlaqəli yüksək dəyərli, məxfi və ya hərbi missiyalar üçün nəzərdə tutulmadığını deyib.

2018-ci ildə "Google" əməkdaşları şirkəti ABŞ Müdafiə Nazirliyi ilə müqaviləni ləğv etməyə nail olublar. "Project Maven" adlı proqram orduya pilotsuz təyyarələrin görüntülərini təhlil etməyə kömək edəcək.

Poliqon.info