Conson: Putin dayanmayacaq, Balkanlara, Polşaya, digər NATO müttəfiqlərinə hücum edəcək    

Mən amerikalı uşaqlardansa, Ukraynaya sursat göndərməyi üstün tuturam...

Poliqon C-SPAN-a istinadən xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

Spiker bildirib ki, Rusiya və İran "şər oxudur" və Putin dayanmayacaq, Balkanlara, Polşaya və ya ABŞ-ın digər NATO müttəfiqlərinə hücum etməyə davam edəcək.

"Ukraynaya kömək etmək hazırda kritikdir. Amerikalı uşaqlardansa, Ukraynaya sursat göndərməyi üstün tuturam. Biz siyasət oynaya bilmərik, düzgün hərəkət etməliyik", deyə Conson əlavə edib.

Poliqon.info