Mateuş Moravetski: Rusiya AP-dakı bütün siyasi qruplara nüfuz edib...

Rusiya Avropa Parlamentindəki bütün siyasi qruplara, o cümlədən Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) Partiyasına nüfuz edib. Çünki ruslar təbliğat ustasıdır...

Poliqon xəbər verir verir ki, bunu Polşanın keçmiş baş naziri Mateuş Moravetski "Euractiv"ə müsahibəsində bildirib.

Sabiq hökumət rəhbəri xəbərdarlıq verir ki, ruslar Avropa İttifaqındakı hər bir siyasi qrupda çox fəaldır. O, son qalmaqaldan - "RussiaGate" olayından təəccüblənmədiyini bildirib.

Mateuş Moravetski bildirib ki. hətta özünün Hüquq və Ədalət Partiyası (PiS) və onun Avropa siyasi ailəsi, Avropa mühafizəkarları və islahatçılar riskdən qorunmurlar.

"Əminəm ki, ECR-yə də sızırlar və ya sızmağa çalışırlar. Bu və ya digər partiya üzvünün ruslarla əməkdaşlıq etdiyini bilsəniz, təəccüblənməyin, çünki onlar insanları cəlb etməkdə çox təsirli olurlar", deyə keçmiş baş nazir qeyd edib.

Mateuş Moravetski həmçinin Almaniyanın Bundesverdə casusluqla bağlı son hesabatlarına əsaslanaraq, Rusiyanın ölkənin yenidən birləşməsindən sonra Almaniyaya "böyük sərvətlər buraxdığı"nı qeyd edib.

"Burada - Brüsseldə Rusiya kəşfiyyatının və Rusiya təbliğatının gücü çox kiçildilir", deyə Moravetski əlavə edib ki, Moskva bundan Avropa İttifaqına qarşı müharibə aparmaq üçün istifadə edir.

Poliqon.info