Daha bir sabiq deputat vəfat etdi
Qeyd edək ki, İsgəndər Quliyev 1938-ci il iyulun 1-də Astara rayonunda anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə alıb. 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olunub.
1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1965-1968-ci illərdə Astara rayonu Səncərli kənd tam orta məktəbində əvvəlcə direktor müavini, sonra direktor vəzifəsində işləyib. 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Görkəmli alim, tanınmış ictimai-siyasi xadim İsgəndər Quliyevin tədqiqat sahəsi Asiya dövlətlərinin diplomatiyası və xarici siyasəti olub.
"91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə "Şöhrət” ordeni ilə təltif olunub.(pravda)
Poliqon.info