Böyük Britaniyada inflyasiya rekord həddə çatır

Böyük Britaniyada inflyasiya mart ayının sonunda illik ifadədə 3,2%-ə qədər yavaşlayıb ki, bu da 2021-ci ilin sentyabrından bəri ən aşağı göstəricidir...

Poliqon xəbər verir ki, bu barədə Reuters ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatına istinadən məlumat yayıb.

Buna baxmayaraq, rəqəmin proqnozdan bir qədər pis olduğu ortaya çıxıb. İngiltərə Bankı və agentliyin sorğusunda iştirak edən analitiklər istehlak qiymətlərinin artımının 3,1%-ə qədər azalacağını gözləyirdilər. Bir ay əvvəl inflyasiya 3,4% idi. Britaniya Mərkəzi Bankının müəyyən etdiyi inflyasiya hədəfi 2%-dir.

Enerji, ərzaq və tütün qiymətlərini nəzərə almayan əsas inflyasiya da fevral ayındaki 4,5%-dən 4,2%-ə enib. Proqnoz göstəricinin 4,1%-ə qədər azalmasını nəzərdə tuturdu. Xidmət sektorunda inflyasiya 6,1%-dən 6%-ə düşüb.

Böyük Britaniya inflyasiya ilə mübarizədə ABŞ-ı qabaqlayır. Mart ayında ABŞ-da istehlak qiymətlərinin artımı altı ayın ən yüksək səviyyəsinə - 3,5%-ə qədər sürətlənib. İqtisadçılar Britaniya Bankının faizləri FED-dən daha tez yumşaltmağa başlaya biləcəyini irəli sürürlər.

Poliqon.info