Durov Zukerberqi onun fikirlərini kopyalamaqda ittiham edib

Telegram messencerinin yaradıcısı Pavel Durov bildirib ki, Facebook-un Baş direktoru Mark Zukerberq onun ideyalarını kopyalamaqla məşğuldur...

Poliqon xəbər verir ki, Pavel Durov bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.

Telegram təsisçisinin sözlərinə görə, o, on il əvvəl Zukerberqlə görüşüb və ona platforması haqqında danışıb.

“Sonunda onlar bizim etdiklərimizi deyil, mənim onlara söylədiklərimizi və etdiklərimizi kopyalamağa çalışdılar”, deyə Durov müsahibəsində qeyd edib.

Durov ABŞ xüsusi xidmət orqanlarının Telegram-a həddindən artıq diqqətindən də danışıb. O qeyd edib ki, ABŞ-da olarkən xüsusi xidmət orqanları onu davamlı təqib ediblər.

Poliqon.info