Pavel Durov ABŞ-da məskunlaşmaqdan niyə imtina etdiyini açıqlayıb

Telegramın yaradıcısı Rusiyanı tərk etdikdən sonra ABŞ-da məskunlaşmağı planlayıb, lakin küçə quldurları onun Amerika ilə bağlı təəssuratlarını korlayıblar...

Sahibkar, Telegram messencerinin və VKontakte sosial şəbəkəsinin yaradıcısı Pavel Durov niyə Amerika Birləşmiş Ştatlarında məskunlaşmadığını izah edib.

Poliqon xəbər verir ki, Pavel Durov bu barədə X sosial şəbəkəsində amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə danışıb.

Biznesmenin sözlərinə görə, o, ABŞ-da bizneslə məşğul olmağı planlaşdırıb, lakin bir gün San-Fransiskoda quldurların hücumuna məruz qalıb. Bu hadisə onu qərarını dəyişməyə məcbur etedib.

Poliqon.info