Qəzzada qaçqın düşərgəsinə edilən hücumda 7-si uşaq olmaqla 13 nəfər həlak olub

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının mərkəzi hissəsindəki “Əl-Mağazi” qaçqın düşərgəsinə hava zərbəsi endirib...

Poliqon xəbər verir ki. bu barədə CNN telekanalı məlumat yayıb. Telekanalın həkimlərə istinadən verdiyi məlumata görə, yeddisi uşaq olmaqla 13 nəfər ölüb. Daha 25 nəfər yaralanıb.

CNN jurnalistlərin hadisə şahidindən əldə etdiyi videoya da istinad edir. Görüntülərdə düşərgədə bir neçə yaralı, eləcə də müxtəlif istiqamətlərə qaçan insanlar əks olunub. Fələstinin WAFA xəbər agentliyi zərbə nəticəsində 11 nəfərin öldüyünü bildirib. Agentliyin məlumatına görə, Qəzza zolağının şimalında bir neçə yaşayış binası da atəşə tutulub.

HƏMAS xəbər verir ki, 2023-cü ilin dekabrında “Əl-Məğazi” qaçqın düşərgəsi də İsrail ordusu tərəfindən atəşə tutulub. Yaraqlıların nəzarətində olan anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, 70-ə yaxın adam həlak olub.

Poliqon.info