Paşinyan qondarma “soryqırım” iddilarından imtina edir?

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə qarşı irəli sürdüyü tələblərdən əl çəkmək üçün “erməni soyqırımını” inkar etmək üçün “Overton pəncərəsi”ni açıb...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır. Nəşr bu nəticəyə Paşinyanın aprelin 13-də “Mülki müqavilə” partiyasının demokratiya məktəbində “Ermənistan Respublikasının sosial psixologiyası” mövzusunda mühazirəsinəəsasən gəlib.

Qəzetin yazdığına görə, Paşinyan “Erməni Soyqırım”ının 109-cu ildönümü ərəfəsində dünyaya müraciət etmək üçün zəmin hazırlayır və böyük ehtimalla Ankaraya növbəti güzəştə gedərək erməni tarixinin bu səhifəsindən imtina edəcək.

Qeyd edək ki, Paşinyan “soyqırım”ın tanınması üçün “real əsasların” toplanması çərçivəsində qurbanların adlarının siyahısının yaradılmasını Ermənistanın dövlətçiliyinə qarşı bir addım olaraq dəyərləndirib.

Poliqon.info