Dünyanın ən zəngin 10 varisi - Forbes açıqlayıb...

Forbes nəşri hindistanlı iş adamı Ambani dünyanın ən zəngin varisi elan edib...

66 yaşlı hindistanlı iş adamı Mukeş Ambani Forbes jurnalı tərəfindən dünyanın ən zəngin varisi kimi tanınıb.

Poliqon xəbər verir ki, hindli iş adamının imperiyası neft-kimya, neft-qaz, telekommunikasiya və pərakəndə satış sənayesini əhatə edir və onun sərvəti 116 milyard dollar olaraq qiymətləndirilir.

Mukeş və qardaşı Anil 2002-ci ildə ataları Dhirubhai Ambanidən Hindistanın ən böyük sərvətini miras alıblar. Ardınca Anıl şirkətlərinin müflis olması səbəbindən dünyanın ən varlı adamları reytinqindən çıxıb.

Siyahıda ikinci yerdə 99,5 milyard dollarlıq kapitalla 70 yaşlı fransız qadın Fransuaza Bettencourt-Meyers qərarlaşıb.

Cim Uolton dünyanın ən zəngin varislərinin ilk üçlüyünü bağlayır. 75 yaşlı amerikalı Walmart-da 12% paya sahibdir və ailə bankı Arvestə rəhbərlik edir. Onun sərvəti 78,4 milyard dollar qiymətləndirilir. Bundan başqa, ilk 5-liyə Uoltonun qohumları – qardaşı Rob (77,4 milyard dollar) və bacısı Alisa (72,3 milyard dollar) daxildir.

Ən zəngin varislər onluğuna həmçinin Thomson Corporation-ın rəhbəri David Tomson (66 milyard dollar), Koch Industries səhmlərinin 42%-nin sahibi Culiya Kox (64,3 milyard dollar), Ferrero Group səhmlərinin 75%-nin varisi Giovanni Ferrero (43,8 milyard dollar) daxildir.

Poliqon.info