Avropa Ukraynadan olan qaçqınlarla bağlı siyasəti sərtləşdirə bilər

Oslo Universitetinin dosenti Vilde Hernes Politico nəşrinə yazdığı məqalədə Avropa İttifaqının tezliklə ukraynalı qaçqınlarla bağlı siyasətini sərtləşdirə biləcəyini bildirib...

Poliqon xəbər verir ki, onun sözlərinə görə, Aİ-nin Ukraynadan olan qaçqınlara münasibəti həm səxavətli, həm də sərt olub.

Ukraynalılar Avropa əmək bazarına çıxış əldə ediblər, lakin 2015-2016-cı illər miqrasiya böhranı zamanı Avropaya daxil olan qaçqınlarla müqayisədə maddi cəhətdən daha az dəstəklənib və cəmiyyətə daha az inteqrasiya olunublar.

"Beləliklə, bəzi bölgələrdə ukraynalılara münasibətdə siyasətin liberallaşdırılması tendensiyası müşahidə edilsə də, digərlərində bu qrup faktiki olaraq artan məhdudiyyətlərlə üzləşib", deyə məqalə müəllifi qeyd edib.

Hernes xatırladıb ki, Ukraynadan olan qaçqınlar üçün müvəqqəti müdafiə mexanizmi 2025-ci ildə başa çatır və Avropa ölkələri bundan sonrakı addımlar barədə düşünməli olacaqlar. O, etiraf edib ki, Avropa ukraynalılara dəstəyi tədricən azaldaraq "dibə doğru yarışa" başlaya bilər.

Poliqon.info